Messinin toyu

"Barselona"nın ulduzu Lionel Messi doğma Rosario şəhərində ailə həyatı qurub. Sportline.az xəbər verir ki, Antonella Rokutso ilə nikah bağlayan argentinalının toyunda  260 qonaq, o cümlədən Neymar, Pike, Puyol, İquain və Suares kimi ulduzlar qatılıb. Cütlük qonaqlara hədiyyə qismində uşaqlara yardım üçün yaradılmış Messi Fonduna ianə etməyi təklif edib.