Messiyə 4 oyunluq cəza

FİFA Argentina millisinin lideri - Lionel Messini cəzalandırıb. SportLine.az xəbər verir ki, futbolçuya 4 oyunluq cəza verilib. Leo bundan əlavə, 10 min isveçrə frankı cərimə ödəməlidir. 

Cəzaya DÇ-2018-in təsnifat mərhələsində Çili ilə görüşdə futbolçunun yan xətt hakimini söyməsi səbəb olub.

Qeyd edək ki, “Barselona”nın hücumçusu cəza səbəbindən DÇ-2018-in seçmə mərhələsinin yalnız son oyununda meydana çıxa bilər.