Məsut Özil İstanbulda

“Fənərbağça”nın yeni transferi Məsut Özil artıq Türkiyədədir.

Sportline.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi yeni komandasının rəhbərliyinin göndərdiyi şəxsi təyyarə ilə gecə saatlarında  İstanbul Hava Limanına enib.

Almaniya millisinin sabiq üzvü Londondan İstanbula həyat yoldaşı və qızı ilə birlikdə gəlib. Onun “sarı-lacivərdlilər”lə 3,5 illik müqavilə imzalaması gözlənilir.