"Milan" hansı futbolçuya görə "Çelsi"yə elçi düşüb?

"Milan" heyətini gücləndirmək üçün futbolçu axtarışını davam etdirir.

Sportline.az xəbər verir ki, A seriyası təmsilçisi "Çelsi"nin oyunçusu Hakim Ziyexi transfer etməyi planlaşdırır. Lakin "Milan" yarımmüdafiəçinin transfer xərcini ödəməkdə çətinlik çəkəcək. Ziyexin transfer qiyməti 38 milyon avrodur. Klub qarşı tərəflə danışıqlar aparıb, uyğun məbləğ qarşılığında oyunçunu almağı düşünür.

Qeyd edək ki, Ziyex ötən mövsüm Prmeyer Liqada 23 matçda 2 qol vurub və 3 qolun ötürməsini verib.