"Milan" "İnter"in müdafiəçisinə elçi düşdü

"Milan" əzəli rəqibi "İnter"dən futbolçu transfer etməyə hazırlaşır. SportLine.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "rossoneri" Rodriqo Elinin zədələnməsindən sonra müdafiədə yaranan boşluğu Andrea Ranokkia ilə doldurmaq niyyətindədir. 

"Milan" 27 yaşlı futbolçunun keçidini qış transfer pəncərəsində həll etmək istəyir.

Qeyd edək ki, Ranokkia 2010-cu ildən "İnter"in şərəfini qoruyur.