"Milan"ın futbolçusu Türkiyə klubuna keçə bilər
"Milan"ın əlcəzayirli futbolçusu İsmael Bennaser karyerasını Türkiyə Süper Liqasında davam etdirə bilər.
Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçini "Trabzonspor" klubu transfer etmək istəyir.
27 yaşlı oyunçunun meneceri Türkiyə klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, İ.Bennaser "Milan"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.