Milinkoviç Saviç Avropa futboluna qayıdır
"Əl-Hilal"ın 30 yaşlı futbolçusu Sergey Milinkoviç-Saviç Avropa klubuna qayıda bilər.
Sportline.az xəbər verir ki, "Yuventus" və "Çelsi" 30 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bu haqda "Corriere dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Saviç cari mövsüm meydana çıxdığı 11 matçda 1 qol, 1 asistlə yadda qalıb.