Milli Avropa çempionatına yollandı
İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Türkiyənin Antalya şəhərində keçiriləcək 10-cu Avropa çempionatına yola düşüblər.
Sportline.az xəbər verir ki, ölkəmizi qitə birinciliyində kişilər arasında Nikita Simonov, İvan Tixonov, qadınlar arasında isə Nazənin Teymurova və Samira Qəhrəmanova təmsil edəcəklər.
Avropa çempionatı 11-16 aprel tarixlərində keçiriləcək.