"Milli dəstə"nin rəhbəri: "Bugünkü oyundakı tribunamız çətin tribuna olacaq"

Ölkə çempionumuz “Qarabağ” bu gecə Çempionlar Liqasının qrup mərhələsində 4-cü oyuna çıxacaq. Sportline.az xəbər verir ki, azarkeşlərimiz oyunun keçiriləcəyi “Vanda Metropolitano” arenasının tribunalarında  xüsusi xoreoqrafiya nümayiş etdirməyəcəklər. Bu haqda Avropada fəaliyyət göstərən “Milli dəstə” azarkeş qrupunun rəhbəri Şamil Mustafayev məlumat verib:

“Ümumilikdə 300 nəfər “Qarabağ”ı dəstəkləyəcək “Vanda Metropalitano”da. Amma fəal azarkeşlər, yəni “İmarət tayfa”, “İmarət Avropa” və “Milli dəstə” fan-qruplarının üzvləri təxminən 15 nəfər olacaq onların arasında. Bu üzdən tribunanı ayağa qardırmaq bir qədər çətin olacaq. Bununla belə, həmişəki kimi komandamıza tək olmadığını hiss etdirməyə çalışacağıq”. Xatırladaq ki, “Atletiko”-“Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23-45-də başlanacaq.