Milli komandada ciddi itki

Milli komandamız Çexiya və Almaniya seçmələri ilə keçirəcəyi DÇ-2018-in təsnifat oyunları ərəfəsində itki ilə üzləşib. Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev zədəli olduğü üçün heyətdən çıxarılıb. O, hazırda təlim-məşq toplanışında olan millinin düşərgəsini tərk edib. Qeyd edək ki, Azərbaycan millisi Çexiya ilə oktyabrın 5-də Bakıda, Almaniya ilə oktyabrın 8-də Kayzerslauterndə üz-üzə gələcək.