Milli bu gün Latviyaya yollanır
Milli futbol komandamız bu gün Qazaxstandan Latviyaya yollanacaq.
Sportline.az xəbər verir ki, futbolçularımızı çarter reysi ilə Riqaya aparan təyyarə Bakı vaxtı ilə 13:00-da havaya qalxacaq.
Qeyd edək ki, Latviya-Azərbaycan yoldaşlıq görüşü, iyunun 9-da Riqanın "Dauqava" stadionunda keçiriləcək. Oyunun start fiti 19:00-da səsələnəcək.