"Liverpul"dan "Levante"yə icarəyə keçib
İngiltərənin "Liverpul" klubunun mərkəz müdafiəçisi İfeanyi Ndukve 2026/2027 mövsümünü icarə əsasında İspaniyanın "Levante" komandasında keçirəcək.
Sportline.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
18 yaşlı futbolçunun İspaniya klubuna keçidi bu həftə "Liverpul"la müqavilə imzalamasından sonra rəsmiləşib. Mersisayd klubu müdafiəçinin transferi ilə bağlı bu ilin əvvəlində "Avstriya" (Vyana) kollektivi ilə prinsipial razılıq əldə etmişdi.
Qeyd edək ki, "Levante" La Liqanın növbəti turunda səfərdə "Osasuna"nın qonağı olacaq.