Milli Xokkey Liqasının yarımfinalında daha bir oyun oldu
Milli Xokkey Liqasının yarımfinalında daha bir görüş olub.
Sportline.az xəbər verir ki, “San Xose Şarks” komandasına qalib gələn “Sent–Luis Blyuz” seriyada önə keçib.
Bu oyunadək komandaların seriyada hesabı 2-2 idi. “San Xose Şarks”ın qonağı olan “Sent–Luis Blyuz” kollektivi görüşə daha fəal başlayıb. Qonaqlar ilk periodu 1-0 öndə bitiriblər. 2-ci hissədə Sent–Luis xokkeyçiləri daha 2 qolla fərqi artırıblar: 3-0.
Qonaqlar 3-cü periodda da təşəbbüsü əldən verməyiblər. Bu dəfə də meydan sahiblərinin qapısından 2 şayba keçirən Sent–Luis komandası inamlı qələbə qazanıb: 5-0. Bununla da “Sent–Luis Blyuz” klubu seriyada önə keçib: 3-2. Əlavə edək ki, seriyanın qalibi finalda “Boston Brüinz” komandasının rəqibi olacaq.