Millimiz 0:20 hesabı ilə uduzdu

Azərbaycanın gənclərdən ibarət futzal seçməsi komandası (17 yaşadək) Olimpiya Oyunları – 2018-in təsnifat mərhələsi oyununda Rusiya komandasına böyük hesabla uduzub.

SportLine.az xəbər verir ki, "B" qrupunun Slovakiyada keçirilən matçı 20:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Qalib komandanın heyətində Danil Karpyuk 6, Danil Samusenko 4, Pavel Karpov və İlya Şamis hərəyə 3, İlya Fedorov, Maksim Okulov və Kamil Gərayxanov hərəyə bir dəfə fərqləniblər. Daha bir qolu isə Azərbaycan yığmasının futbolçusu öz qapısına vurub.