Millimiz 5-ci oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi Qazaxıstanın Şımkent şəhərində təşkil olunan “Prezident kuboku” turnirində çıxışını başa vurub.
SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,fFutbolçularımız 5-ci yer uğrunda oyunda bu gün Qırğızıstan komandası ilə qarşılaşıb. Xaqani Sadıqov və Kamran Quliyevin vurduğu qollar sayəsində millimiz 2:0 hesabı ilə qələbə qazanıb.