Millimiz Bolqarıstanı darmadağın etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Yezolo şəhərində təşkil olunmuş FIFA Dünya Kuboku-2017 turnirinin Avropa komandaları arasında seçmə mərhələsində bu gün ilk oyununu keçirib. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bolqarıstan yığması ilə qarşılaşan millimiz 7:2 hesabı ilə qələbə qazanıb.

Orxan Məmmədovun het-trik, Sabir Allahquliyevin isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Əbdül Əliyev və Hikmət Bağırov fərqlənib.

Qeyd edək ki, millimiz növbəti oyununu avqustun 13-də Danimarka yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.

Banner