Millimiz Gürcüstan seçməsi ilə görüşəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq planı açıqlanıb.
Sportline.az xəbər verir ki, komandamız iyulun 26-dan avqustun 7-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
U-19 avqustun 3-də və 6-da gürcüstanlı yaşıdları ilə qarşılaşacaq.
Təlim-məşq toplanışına 26 futbolçu dəvət alıb. Onlar arasında ölkə xaricində çıxış edən 5 oyunçu da var.