Millimiz oyunlarını bu stadionda keçirəcək
21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsindəki ilk ev oyunlarının yeri müəyyənləşib.
Sportline.az xəbər verir ki, komandanın oktyabrda keçiriləcək hər iki matçı Sumqayıtdakı "Kapital Bank Arena"da olacaq.
Qeyd edək ki, U-21 oktyabrın 8-də Finlandiyanı, oktyabrın 12-də Xorvatiyanı qəbul edəcək.
Komanda sentyabrın 2-də Xorvatiyanın, beş gün sonra isə Avstriyanın qonağı olacaq.