Millimizin futbolçusu penaltidən yararlana bilmədi
Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin çıxış etdiyi “Minay” bu turda səfərdə “Veres”lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Millimizin üzvü Rüstəm sözügedən görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 57-ci dəqiqədə meydana daxil olub. O, 66-cı dəqiqədə penaltini yararlana bilməyib.Rəqib qolkiper onun zərbəsini dəf etməyi bacarıb.
Eldar bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 74-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
5 turdan sonra 4 xalı olan “Minay” 16 komanda arasında 11-ci pillədə qərarlaşıb.