Millimizin keçmiş üzvünün yeni komandası
Azərbaycan millisinin sabiq üzvü Ufuk Budakın yeni klubu məlum olub.
Sportline.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Türkiyənin birinci divizion təmsilçisi “Bursaspor”a keçib. Onunla müqavilənin müddəti bir il üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Budakın son klubu bu liqanın digər təmsilçisi "Altınordu" idi.