Millimizin oyununda qadın hakim
2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan oyununun təyinatları açıqlanıb.
Sportline.az xəbər verir ki, qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Jerom Brisara yan xətt hakimləri Benjamen Pejes və Ervan Finjan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mikael Lezaj yerinə yetirəcək.
Var sisteminə qadın referi Stefani Frappar nəzarət edəcək.
Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.