Millimizin qapıçısı zədələndi

Azərbaycan millisinin və "Sumqayıt"ın qapıçısı Aydın Bayramov zədələnib.

Sportline.az xəbər verir ki, 25 yaşlı qolkiper "Keşlə"yə qarşı Premyer Liqanın ilk turunun səfər matçının 2-ci dəqiqəsində dizindən xəsarət alıb. Rəqib hücumçu Anatol Abanqla toqquşan Bayramov görüşü davam etdirə bilməyib və Tərlan Əhmədli ilə əvəzlənib.