Millimizin sabiq baş məşqçisi Braziliya tarixinin rəmzi komandasında
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Braziliya futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Sportline.az xəbər verir ki, ən yaxşı "11-lik"də Azərbaycan millisinin sabiq baş məşqçisi, keçmiş müdafiəçi Karlos Alberto Torres də yer alıb.
Qeyd edək ki, o, 2004-2005-ci illərdə Azərbaycan yığmasına başçılıq edib. Braziliyalı mütəxəssis 2016-cı ildə 72 yaşında dünyasını dəyişib.