Millimizin üzvü ilk qələbəsinə sevindi
Polşa çempionatında 3-cü turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, turun son matçında millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plok) doğma meydanda “Radomiak Radom”la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Bu, klubun yeni mövsümdək ilk qələbəsi olub.
Krivotsyuk da bu görüşdə iştirak edib. O, start heyətdə meydan daxil olub və sonadək oynayıb.
“Visla” 3 turdan sonra 3 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.