Millimizin üzvü karyerasını bitirdi
Millimizin sabiq hücumçusu Deniz Yılmaz karyerasını başa vurub.
Sportline.az xəbər verir ki, 2016-cı ildə milliləşdirilən forvard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizdə debüt etmişdi. Millimizin Şimali İrlandiyaya səfərdə 0:4 uduzduğu matçda ilk oyununa çıxmış Yılmaz bir də Almaniya ilə oyunda meydanda görünmüşdü. Sonradan isə forvard bir də milli düşərgəyə gəlməmişdi.
Son olaraq “Gənclərbirliyi”nin heyətində Türkiyə birinci liqasında çıxış edən futbolçu klub tapmadığına görə karyerasını başa vurub.