Millimizin üzvü Polşada növbəti oyuna çıxır
Polşa Ekstraklassasında bu gün 5-ci tura start veriləcək.
Sportline.az xəbər verir ki, turun açılış oyununda millimizin üzvü Anton Krivotsyukun forma geyindiyi Plotsk "Visla"sı ilə "Zaqlebye" üz-üzə gələcək.
Evdə çıxış edəcək "Visla"nın oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Krivotsyukun komandası əvvəlki 4 turda cəmi 3 xal toplaya bilib və hazırda 15-ci yerdə qərarlaşıb. Müdafiəçisi yeni klubunda qol hesabını ötən turda açıb. Millimizin baş məşqçisi Canni De Byazi DÇ-nin seçmə oyunlarına Krivotsyuku da dəvət edib.