Millinin baş məşqçisi müəyyənləşdi
Mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi mübarizə aparacaq. Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Yaşar Vahabzadə olacaq. Qeyd edək ki, yarışa ümumilikdə 8 seçmə komanda qatılacaq.