Millinin baş məşqçisi müəyyənləşdi
İsveçrə millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az xəbər verir ki, komandanı Murat Yakın çalışdıracaq.
46 yaşlı türk əsilli mütəxəssislə DÇ-2022-nin seçmə mərhələsinin sonunadək müqavilə imzalanıb. İsveçrəli çalışdırıcı bu vəzifədə Vladimir Petkoviçi əvəzləyib.
Qeyd edək ki, Murat Yakın son olaraq İsveçrənin "Şaffhauzen" klubunun baş məşqçisi olub.