Millinin futbolçusu "Araz-Naxçıvan"da

“Araz-Naxçıvan” daha bir futbolçu ilə güclənib. 

Sportline.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildilib

Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Yarımmüdafiəçi ilə 1 ilik müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən C.Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında oynayıb. Bununla yanaşı, o, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” və “Çorum” komandalarının formasını geyinib.