Millinin gənc qapıçısı vəfat etdi
Buzüstü xokkey üzrə Latviya millisinin qapıçısı Matiss Kivleniyeks dünyasını dəyişib.
Sportline.az xəbər verir ki, bu barədə yerli federasiyasının rəsmi saytı xəbər yayıb.
Son olaraq ABŞ-ın "Kolambus Blyu Cekets" komandasında çıxış edən 25 yaşlı qolkiperin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Kivleniyeks bu mövsüm ölkəsində keçirilən dünya çempionatının iştirakçısı olub. O, dörd oyunda meydana çıxıb.