Millinin heyəti açıqlandı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət millisi ilə avqustun 17-də və 19-da yoxlama oyunu keçirəcək.
Sportline.az xəbər verir ki, Bosniya və Herseqovinada təşkil olunacaq oyunlar üçün millinin heyətinə 21 futbolçu dəvət olunub:
Qapıçılar: Vaqif Məlik-Yeqanov (“Qarabağ”), Məmməd Muradov (“Qəbələ”);
Müdafiəçilər: Ravil Qafarov, Samir Ağayev, Murad Musayev, Rüfət Bədəlzadə (hamısı “Qəbələ”), Musa Məmmədov, Rauf Hüseynli (hər ikisi “Qarabağ”), Rüfət Abbasov, Ömər Qurbanov (hər ikisi “Neftçi”), Arzu Atakişiyev (“Kəpəz”);
Yarımmüdafiəçilər: Şahin Şahniyarov, Eşqin Əhmədov (hər ikisi “Qəbələ”), Murad Ələkbərov (“Zirə”), Maksud Dursunov (“Dinamo”, Sankt-Peterburq, Rusiya), Adəm Topalov (“Səbail”), Murad Məmmədov (“Neftçi”), İbrahim Ağayarov (“Qarabağ”), Nahid Əliyev (“Moskovskaya Zastava”, Rusiya);
Hücumçular: Sənan Ağalarov (“Qəbələ”), Sadiq Şəfiyev (“Kəpəz”).