Millinin oyunlarının vaxtı bilindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsindəki ilk oyunlarının yeri dəqiqləşib.

Sportline.az xəbər verir ki seçməmiz turnirə sentyabrda keçiriləcək səfər oyunları başlayacaq.

Milan Obradoviçin yetirmələri ayın 2-də Xorvatiya ilə üz-üzə gələcək. Bu görüş Velika Qoritsada baş tutacaq.

Şəhər stadionundakı qarşılaşmanın vaxtı da bəllidir. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Həm də “Radnik” stadionu kimi tanınan bu idman qurğusu 5200 tamaşaçı tutur.

Millimiz 5 gün sonra Avstriyanın qonağı olacaq. Qarşılaşma Rid in İnnkreys şəhərindəki “Keyne Sorqen Arena”da keçiriləcək. Bu arena 7600 tamaşaçı tutumuna malikdir.