Millinin üzvü: "Baş məçqçimiz dünyanın ən güclü mütəxəssislərindən biridir"

"Hazırda mayda keçiriləcək Avropa çempionatına hazırlaşırıq. Ardınca dünya kuboku turnirləri və sentyabrda Dünya çempionatı olacaq. Həmin yarış olimpiadaya lisenziya xarakterli olduğundan əsas hədəfimiz də məhz dünya çempionatında uğurlu çıxışdır".

Bunu Sportline.az saytına açıqlamasında avarçəkmə üzrə seçmə komandanın üzvü Bəhmən Nəsiri deyib.

Mingəçevirdəki bazanın dünyanın ən yaxşı bazalarından biri adlandıran idmançı yaradılan şəraitin yüksək nəticələrə zəmin yaratdığını bildirib: "Baş məşqçimiz ən güclü mütəxəssislərdən biri sayılır. Ümid edirəm ki, bizə bəslənən etimadı doğruldacağıq. Əsas hədəfim isə olimpiya çempionu olmaqdır".