Millinin yeni kapitanı

Almaniya millisinin yeni kapitanı müəyyənləşib. SportLine.az xəbər verir ki, bu, Yulian Drakslerdir.

Ötən gün Danimarka ilə görüşə kapitan sarğısı ilə çıxan futbolçu, Konfederasiyalar Kubokunda da bu funksiyanı icra edəcək.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2012-ci ildən "Bundestim"in şərəfini qoruyur.