Millinin yeni baş məşqçisi ilə müqavilənin müddəti açıqlandı

Rusiya Futbol İttifaqı (RFS) milli komandanın yeni baş məşqçisi Valeri Karpinlə müqavilə imzalayıb.

Sportline.az RFS-in rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis ən azı 2021-ci ilin 31 dekabrınadək yığmanın sükanı arxasında olacaq. Sözləşmənin müddəti sonradan artırıla bilər.

Karpin cari ilin sonunadək işini baş məşqçi olduğu "Rostov" klubunda da davam etdirəcək.

Qeyd edək ki, Valeri Karpin bu vəzifədə AVRO-2020-dən sonra istefaya göndərilən Stanislav Çerçesovu əvəzləyib.