Milliyə yeni baş məşqçi gəldi
Rusiya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az xəbər verir ki, komandanı artıq Valeri Karpin çalışdıracaq.
Karpin həmçinin hazırda "Rostov"un da baş məşqçisidir. Mütəxəssislə bu il dekabrın 21-ə kimi müqavilə imzalanıb.
O, AVRO 2020-də komandanı pley-offa çıxara bilməyən Stanislav Çerçesovu əvəzləyib.