"Miluoki Baks"ın baş meneceri komandadan ayrılan baş məşqçi haqqında danışıb

"Miluoki Baks"ın baş meneceri Con Horst komandadan ayrılan baş məşqçi Adrian Qriffin haqqında açıqlama verib. 

Sportline.az Sporx.com-a istindla xəbər verir ki, Con Horst açıqlamasında :"Adrian Qriffinin ayrılıq səbəbi basketbolçularımız deyil. Bu barədə yayılan xəbərlər doğru deyil. Bizim baş məşqçini göndərmə səbəbimiz, onun qazanmaq üçün hər şeyi yanlış etməsi oldu",-deyib. 

Qeyd edək ki, "Miluoki Baks" Adrian Qriffinin çalışdırdığı mövsüm hücum səmərəliliyinə görə 2-ci pillədə yer alıb, amma müdafiə səmərəliliyi baxımından 26-cı sırada qərarlaşmışdı.