Avarçəkmə ikinci dəfə tarixi torpağımız Qarabağda
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı bəlli olub.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) Sportline.az saytına verilən məlumata görə, yenidən bərpa olunan yarış 21-23 oktyabr tarixlərində təşkil olunacaq.
Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandalarının iştirak edəcəyi yarışların rəsmi açılış mərasimi və birinci günü müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun işğaldan azad etdiyi Suqovuşanda baş tutacaq.
Komandalar oktyabrın 21-i Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyən edəcəklər.
22-23 oktyabr tarixlərində isə “Mingəçevir Reqatası” “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.
Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.