"Mingəçevir"in yeni baş məşqçisi məlum oldu
Birinci Liqada mübarizə aparan "Mingəçevir" komandasının yeni baş məşqçisi bəlli olub.
Sportline.az xəbər verir ki, bölgə təmsilçisi Ramiz Məmmədova həvalə olunub.
Bu haqda klubun sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Təcrübəli mütəxəssislə bir illik müqavilə imzalanıb.