Misir də Mundialda

2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib. SportLine.az xəbər verir ki, Afrika zonasında mübarizə aparan Misir adını Mundialın iştirakçıları sırasına yazdırıb.

Konqonu 2:1 hesabı ilə məğlub edən "fironlar", Dünya çempionatında iştirak hüququ qazanan 15-ci seçmə komanda olub.

Bunadək təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa milliləri Mundialda iştirak hüququ qazanıb.