MLS klubu Neymarı azad agent kimi transfer edəcək
"Santos"un brazilyalı ulduz futbolçusu Neymar Junior yanvar ayında komandasını dəyişəcək.
Sportline.az xəbər verir ki, MLS klubu "İnter Mayami" 33 yaşlı oyunçunu azad agent kimi transfer etməyi planlaşdırır.
Bu haqda "Sports İllustrated" nəşri məlumat yayıb.
Qeyd edək ki, Neymarın "Santos"la sözləşməsi dekabr ayının 31-də başa çatacaq.
O, bu mövsüm meydana çıxdığı 21 matçda 6 qol, 3 məhsuldar ötürmə müəllifi olub.