Modriç "Milan" fanatlarına səsləndi

Xorvatiya futbolunun canlı əfsanəsi Luka Modriç yeni klubu "Milan"la müqavilə bağlamaq üçün İtaliyaya yollanıb.

Sportline.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi Milana çatan kimi klubun fanatlarına səslənib.

"Hamını salamlayıram! İndicə Milana çatdım. Burada olmaq və karyeramda yeni səhifə açmağıma görə çox xoşbəxtəm. Hamınızı bağrıma basıram!", - deyə O, sosial şəbəkə hesablarında paylaşım edib.

Qeyd edək ki, Modriçin "Milan"la 3 milyon avro məbləğində bir illik müqavilə bağlayacağı bildirilir.