Modriç "Milan"da

"Real Madrid"dən azad agent kimi ayrılan 39 yaşlı futbolçu Luka Modriç karyerasını "Milan"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.

İtaliya klubu Modriçlə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, xorvatiyalı futbol əfsanəsi 13 il "Real Madrid"də oynayıb.

Modriç "los blankos"la 28 titul qazanıb.