Modriç "Real"da qalmaq istəyir

"Real Madrid"in xorvatiyalı futbolçusu Luka Modriç növbəti mövsümdə də klubda qalmaq istədiyini rəhbərliyə bildirib.

Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, o 2026 Dünya Çempionatında formda olmaq üçün yüksək səviyyədə çıxışına davam etmək istəyir.

Mövsümün sonunda müzakirələr aparılacaq. Modriçin "Real"la hazır ki müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, 39 yaşlı əfsanə bu mövsüm çıxış etdiyi 34 oyunda 3 qol və 6 asistlə yadda qalıb.