Modriçin əsas problemi açıqlandı
"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın 39 yaşlı futbolçusu Luka Modriçin xidmətindən daha çox yararlanmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Relovo" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, italiyalı mütəxəssis xorvat futbolçunun itirdiyi liderlik mövqeyini qaytarmasına yardımçı olmağa çalışır.
Amma klub prezidenti Florentino Pereslə rəhbərlikdəki digər şəxslər bu fikirdə deyil.
Onların qənaətincə Modriçin liderlik dövrü artıq arxada qalıb.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real"ın formasını geyinir.