Morata "Çelsi"dən ayrılmaq istəyir

Cari mövsüm "Çelsi"yə transfer edilən Alvaro Morata yeni iş yerində xoşbəxt deyil. SportLine.az xəbər verir ki, "La Gazzetta Dello Sport"a müsahibə verən ispaniyalı hücumçu bəzi məqamlara yadınlıq gətirib.

"Yuventus"da qalmalı idim. Karyeramın ən xoş illərini İtaliyada keçirmişəm", - deyən A.Morata, "Müqavilənin şərtlərini yerinə yetirmək üçün "Real"a qayıtdım. Halbuki, Turində də məni çox istəyirdilər", - deyə əlavə edib.

"Real"da ona göstərilən münasibəti bəyənmədiyini qeyd edən futbolçu, İtaliyadan gələn təklifləri dəyərləndirmədiyi üçün peşman olduğunu söyləyib: "Mövsümün əvvəlində yenidən İtaliyaya qayıtmaq imkanım var idi. Bir neçə təklif almışdım. İtaliyada yaşamağı çox istəyirəm. Amma həyat yoldaşım orada yaşamaq istəmədi. Nəticədə, "Çelsi"yə keçdim. Amma burada da xoşbəxt deyiləm".

Hücumçu karyerasını başqa klubda davam etdirmək niyyətində olduğunu deyib: "Gələcəyimi İngiltərədə görmürəm. Qarşıdakı 10 ili fərqli klubda, fərqli ölkədə keçirmək istəyirəm".