Morqan Rocers "Aston Villa"nı London klubuna dəyişə bilər
"Aston Villa"nın ingiltərəli futbolçusu Morqan Rocers mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" Morqan Rocersin xidmətində maraqlıdır.
"Zadəganlar" bu keçid üçün qarşı tərəfə 90 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Morqan Rocersin "Aston Villa" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O, bu mövsüm meydana çıxdığı 51 matçda 14 qol 13 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Morqan Rocers "Mançester Siti" yetirməsi sayılır.