Morten "Real"ın hədəfində
"Sportinq"in futbolçusu Morten Hyulmand karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "COPE" nəşri məlumat yayıb.
Danimarka millisinin üzvü bu mövsüm meydana çıxdığı 44 matçda 3 qol, 6 asistlə yadda qalıb.
Qeyd edək ki, M.Hyulmandın dəyəri 45 milyon avrodur.