Mourinyo "Arsenal"ın futbolçusuna göz qoydu

"Fənərbağça" yeni mövsümə hazırlığı davam etdirir.

Heyəti gücləndirməyi planlaşdıran İstanbul klubunun əsas hədəflərindən biri də "Arsenal"ın futbolçusu Leandro Trossardır.

30 yaşlı futbolçunun hazırkı dəyəri 22 milyon avrodur.

Klubdakı durumundan narazı olan fransalının "Fənərbağça"nın təklifini dəyərləndirəcəyi gözlənilir.

Qeyd edək ki, Trossar "Arsenal"a 2023-cü ilin yanvar ayında "Brayton"dan 24 milyon avro qarşılığında transfer olunmuşdu.