Mourinyo daha iki futbolçunun "qələmini qırdı"

Yeni mövsümə hazırlaşan "Fənərbağça" heyətə əl gəzdirməkdədir.

Sportline.az xəbər verir ki, istanbullular yeni transferlərlə yanaşı, bəzi futbolçularla yolları ayırmaqdadırlar.

Onlardan daha ikisinin adı məlum olub.

Baş məşqçi Joze Mourinyo Miho Zaytsla Linkoln Enrikenin də xidmətinə ehtiyac duymayıb.

"Fotomaç"ın məlumatına görə, hər iki futbolçuya "qapıların açıq olduğu" bildirilib.